“Azeri Light”ın bugünkü satış QİYMƏTİ

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,25 ABŞ dolları və ya 0,32% azalaraq 76,75 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 77 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

08.11.2024 14:10
395