Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 2.44% və ya 1.88 dollar artaraq 78.85 ABŞ dollarına çatıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.