“Azercell Biznes” ilə şirkət hesabında olan bütün mobil nömrələrinizi vahid mərkəzdən idarə edin!
Ən müasir və innovativ həllərin tətbiqi ilə biznes tərəfdaşlarının işgüzar fəaliyyətini daha səmərəli şəkildə təşkil etməyə dəstək verməyi hədəfləyən Azercell bu missiyanın reallaşdırılması istiqamətində önəmli addım atır. Lider mobil operator korporativ nömrələri daha asan, operativ və rahat şəkildə idarə etməyə dəstək olan innovativ “Azercell Biznes” tətbiqi və veb platformasını istifadəyə verir.
Korporativ abunəçilərin təyin etdiyi məsul şəxslər platformanın çoxçeşidli özünəxidmət funksiyalarından yararlana bilərlər. Özündə korporativ yönümlülük və fuksionallıq, xüsusi dizayna malik interfeys və bir çox digər üstünlükləri cəmləşdirən “Azercell Biznes” şirkət hesabında olan nömrələrə vahid məkandan nəzarət etmək və müxtəlif əməliyyatları yerinə yetirmək imkanı verir.
Platforma müştəri məlumatlarının məxfiliyini və əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Belə ki, tətbiq daxilində paylaşılan bütün mesajlar, ödəniş detalları, fayllar və məlumatlar ən müasir şifrləmə texnologiyası vasitəsilə qorunur. Müxtəlif istifadəçi bazasına xidmət edən rəqəmsal platforma Azərbaycan, Rus və İngilis dillərini dəstəkləyir.
Abunəçilərə ən yaxşı müştəri təcrübəsi təqdim edilməsi məqsədilə platformanın funksional imkanları mütəmadi şəkildə genişləndiriləcək.
Effektiv ünsiyyət qurmağa, nömrələrə tam nəzarət etməyə və biznes xərclərinizi optimallaşdırmağa dəstək olan “Azercell Biznes”i ödənişsiz əsaslarla “AppStore” və ya “Google Play”dən yükləyin!
“Azercell Biznes” –rahatlığınız üçün istifadə edin!
Əlavə məlumat üçün: Azercell biznes tətbiqi