Azərbaycanlı tələbələrin qaldığı evdən çıxanlar - VİDEO

Türkiyədə baş verən güclü zəlzələdən sonra Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə ilə bağlı yeni xəbər yayılıb.

Musavat.com xəbər verir ki, tələbələrin yaşadığı binanın dağıntıları altından onlara məxsus bayraqlar və müqəddəs Qurani-Kərim kitabı tapılıb.

Hazırda ərazidə xilastemə işləri davam edir.

Malatya İnönü Universitetində təhsil alan Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin ölü və ya diri olduğu məlum deyil.

14.02.2023 15:45
1714