Azərbaycanlı tələbə Polşada qəfil öldü

Polşada azərbaycanlı tələbə vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, Varşava İqtisadiyyat və İnsan Elmləri Universitetinin tələbəsi və əməkdaşı olan Murad Qarayev iyunun 2-də dünyasını dəyişib.

Onun ürəktutmasından öldüyü qeyd olunur.

06.06.2023 18:55
817