Azərbaycanlı tələbə ABŞ-da faciəvi şəkildə öldü - FOTO

ABŞ-ın paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra müalicə aldığı Corc Vaşinqton Universitetinin hospitalında vəfat edib.

Musavat.com-un məlumatına görə, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsində paylaşım edib.

“Gələcəyimizin ən yaxşı mühəndislərindən birini itirdik. Nicat 92,85 ortalama ilə BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub”, - deyə paylaşımda bildirilib.

22.10.2023 17:43
1322