Gənc bəstəkar-müğənni Elçin Məhərrəmov "Həmin Zaur" verlişində aparıcının valideynləri ilə bağlı sualları qarşısında çıxılmaz vəziyyətə düşüb.
Danışmaq istəməsə də, gənc ifaçı kiçik yaşlarında hər iki valideynini itirdiyini deyib.
O, efirdən sonra öz aralarında bu mövzunu danışmaq təklifi etsə də, Zaurun suallarından yayına bilməyəcəyini görüncə hər şeyi etiraf edib:
"Anamı itirəndə 16 yaşım var idi. Atamı isə daha erkən yaşlarımda itirmişəm. Hər ikisi ağır xəstəlikdən dünyasını dəyişib. Mənə bu günə kimi ana nənəm baxır".//Titul.az