Azərbaycanlı qadınları xaricdə satan Gülsevər tutuldu - Cəzası...

Azərbaycan vətəndaşı olan 10 qadını aldadaraq Türkiyəyə aparan və orada insan alverinə məruz qoyan Ağsu rayon Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Gülsevər Mehdiyeva tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci insan alveri maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı Gülsevər adlı qadının Türkiyədə yaşaması və Azərbaycana gələrək xeyli qadını aldadaraq bu ölkəyə aparması üzə çıxıb.

O, işləmək adı ilə aldatdığı ümumilikdə 10 qadını Türkiyəyə apararaq hədə-qorxu gəlmək və sənədlərini əllərindən almaq yolu ilə onları cinsi istismara məruz qoyub. Zərərçəkmiş şəxslərdən ikisi isə bacı olub. Həmin şəxslər Gülsevərin və onun sevgilisinin əlindən qaçaraq Azərbaycana gəldikdən sonra polisə şikayət ediblər.

Onlar Gülsevər tərəfindən türkiyəli şəxslərə satıldıqdan sonra kobud rəftarlarla üzləşdiklərini bildiriblər.

Gülsevər Mehdiyeva barəsindəki cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb və təqsirləndirilən şəxs 8 il 3 ay müddətinə azdlıqdan məhrumetmə cəzasına məhkum edilib.//publika.az

24.11.2023 03:52
1783