Azərbaycanlı qadınları Türkiyədə əxlaqsızlığa cəlb edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə insan alverində təqsirli bilinən Kəmalə Cəfərovanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Cəfərova səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Cəfərova Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub. Məlumata görə, 37 yaşlı K.Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.

21.08.2023 18:38
1058