Türkiyədə azərbaycanlı qadın sevgilisi tərəfindən öldürülüb.
Sakaryanın Adapazarı rayonunda səhər saatlarında 32 yaşlı Şəlalə Mirzəli 45 yaşlı sevgilisi Alaatdin.A tərəfində silahlı hücuma məruz qalıb.
Hadisə yerində ağır yaralanan Ş.Mirzəli aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq ölüb.
İnsidenti törətməkdə şübhəli bilinən Alaattin A. hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.
Bildirilir ki, Şəlalə Mirzəli mağazada işləyirmiş. O, əvvəllər ailəli olub, daha sonra isə boşanaraq Alaattin ilə sevgi münasibəti yaşayıb. Hadisə o, dünən səhər saatlarında işə gedərkən baş verib./Milli.az/