Türkiyədə azərbaycanlı qadın kirayədə yaşadığı evi yandırıb.
Hadisə İğdır şəhəri Cümhuriyyət məhəlləsində baş verib.
Beşmərtəbəli evin dördüncü mərtəbəsində evlərdən biri naməlum səbəblə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının digər evlərə keçməsinin qarşısını alıblar. Lakin ev və əşyalar yanaraq yararsız hala düşüb.
Polis əməkdaşları yanğının həmin evdə kirayədə yaşayan Azərbaycan əsilli Aybəniz tərəfindən törədilməsi iddiası ilə qadını saxlayıblar. İddialara görə, qadın mülk üstündə anlaşılmazlığa görə evi yandırıb.
Hazırda araşdırma aparılır.//Lent.az