Azərbaycanlı prodüserdən ironiyalı təklif: "Ağlaşma televiziyası” yaradılsın"

Tanınmış prodüser Emin Əfəndi sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, o, instaqram hesabında status yayımlayaraq yerli telekanalları tənqid edib.

"Təklif edirəm ki, Azərbaycanda vahid bir "Ağlaşma televiziyası” yaradılsın. Bütün ağlaşma layihələri o kanala köçsün. Nə vaxta kimi pozitivlikdəm uzaq verilişlərə baxmalıyıq? Telekanallardakı "ağlaşma” sindromu qeyri-peşəkarlığın və ideya kasadlığının göstəricisidir".

04.05.2022 18:05
1472