Azərbaycanlı musiqiçinin DALAĞI PARTLADI - VƏFAT ETDİ

Bakıda tanınmış sintezator ifaçısı Sərxan Abdullayev vəfat edib.

Bu haqda mərhumun yaxınları BAKU.WS-ə açıqlamasında bildirib. Onların sözlərinə görə, 3-4 gün əvvəl gənc musiqiçinin səhhəti pisləşib.

Mərhum xəstəxanaya aparılan zaman onun dalağının partladığı məlum olub. Sərxan Abdullayev əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Məlumat üçün bildirək ki, Sərxan Abdullayev evli olub.

09.08.2022 12:19
1824