İllər öncə ən məşhur musiqi yarışması olan "Yeni ulduz"un yadda qalan ifaçılarından olan Lamiyə Novruzova ailə həyatı qurub.
Milli.Az xəbər verir ki, o, yaşlı Uğur Piro adlı Türkiyə vətəndaşı ilə ölkənin tətil cənnəti Antalyada ömür yollarını birləşdirib.
Cütlüyün toyundan olan kadrlar sənətçinin özü və onların dostları tərəfindən sosial şəbəkələrdə yayılıb.
Toyda diqqətçəkən məqam isə müğənninin səhnəyə çıxaraq ərinə ərməğan etdiyi mahnı oxuması olub.
Xatırladaq ki, teleməkandan uzaq düşən Lamiyə Novruzova uzun illərdir ki, Azərbaycanı tərk edib, Türkiyədə yaşayır.