Azərbaycanlı müğənninin təmtəraqlı toyundan GÖRÜNTÜLƏR

Müğənni İlkin Fuad subaylığın daşını atıb.

BAKU.WS xəbər verir ki, sənətçi sevib-seçdiyi xanımla ailə həyatı qurub. Cütlüyün toyu paytaxtın dəbdəbəli restoranlarından birində baş tutub. Təmtərağı ilə göz oxşayan məclisə ulduz axını olub.

Azərbaycanın Xalq artistləri, Əməkdar artistlər və müğənnilər həmkarlarını şad günündə tək qoymayıblar. Onlar arasında Xalq artistləri Eyyub Yaqubov, Miri Yusif, Əməkdar artist Xəyyam Nisanov, müğənnilər Samir Piriyev, Aysel Əlizadə və başqaları olub.

Qeyd edək ki, İlkin Fuad azərbaycanlı aktyor Fuad Əhmədovun oğludur.

BAKU.WS ifaçının toyundan olan görüntüləri təqdim edir:

24.05.2022 13:22
2522