Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) dünyaşöhrətli argentinalı futbolçu Lionel Messi ilə görüşüb.
Coni Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada səfəri zamanı "İnter Mayami"nin ulduz futbolçusu ilə bir araya gəlib.
O, bununla bağlı "İnstagram" səhifəsində paylaşım edib.
Qeyd edək ki, ABŞ təmsilçisi Səudiyyə Ərəbistanında mini-turnirə qatılıb. Komanda turnirdəki ilk görüşündə "Əl-Hilal"a uduzub - 4:3. "İnter Mayami" bu gün Kriştiano Ronaldonun kapitanı olduğu "Əl-Nəsr"lə qarşılaşacaq. Saat 22:00-da başlayacaq görüşdə zədəli olan portuqaliyalı superulduz iştirak etməyəcək.//Publika.az