"Günaydın Azərbaycan" verilişinin ötən gün yayımlanan buraxılışında maraqlı anlar yaşanıb.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, aşıq Telli Borçalı azərbaycanlı müğənni Elşad Qarayevin yeni tikdirdiyi restoranı üçün 8 milyon manat xərclədiyini deyib.
Sözügedən restoranın paytaxtın mərkəzi yerlərindən birində olduğu vurğulanıb.
Bu informasiyanı Telli Borçalıya Qarayevin yaxın dostlarından biri deyib. Bundan sonra Elşad Qarayev verilişə canlı bağlanıb.
O Telli Borçalıdan bu məlumatı ona hansı dostunun dediyini soruşub.