Azərbaycanlı model indi narkotik çəkir, küçələrdə qalıb dilənçilik edir -VİDEO

Azərbaycanlı model Rövşanə Kərimova (Təhminə) ilə bağlı şok faktlar ortaya çıxıb.

Onun anası "Elgizlə izlə" verilişinə müraciət edərək Rövşanənin hazırda narkotik istifadə etdiyini, küçələrdə qalıb dilənçilik etdiyini deyib:

"Rövşanə Britaniya vətəndaşı olan iş adamı ilə evli olub. Kürəkənim Bakıda neft şirkətində böyük vəzifədə çalışırdı. Onların autizmdən əziyyət çəkən bir uşaqları var. Əri gördü ki, arvadı bu vəziyyətə düşüb ondan uzaqlaşdı".

Anası modelin çoxlu evləri olduğunu və hamısının satdığını da bildirib:

"Evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Axırıncı evi mən öz adıma keçirdim, onu da satdı".
Anası deyib ki, qızı reabilitasiya mərkəzlərindən birində 7 ay müalicə alsa da, sağalmayıb. 

Məlumat üçün bildirək ki, Təhminə adı ilə tanınan Rövşanə Kərimova vaxtıilə Xalq artisti Faiq Ağayev və müğənni Samir Bağırovun kliplərinə çəkilib. 

Ətraflı videoda:

19.10.2023 11:23
1596