Azərbaycanlı miqrantlara PİS XƏBƏR - Rusiya bu dəfə onlara hansı qadağanı qoyur?

Rusiyada işləyən azərbaycanlılara pis xəbər - əmək miqrantları olaraq ailələrini Rusiyaya gətirə bilməyəcəklər. Belə ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin aşağı sinifli əmək miqrantlarının ailələrini Rusiyaya gətirməsinə qadağa qoymağa çağırıb. Volodin qeyd edib ki, Rusiya qanunvericiliyində miqrantlara ailələrini özləri ilə aparmağa icazə verən "boşluq" var, ona görə də bu məsələ hazırda müzakirə olunur.

Dövlət Dumasının sədri əlavə edib ki, əmək miqrantlarının ölkə qanunvericiliyinə və ənənələrinə riayət etməklə Rusiya iqtisadiyyatına kömək etmələrini təmin etmək lazımdır.

Bəs bu, qanunvericilikdə nə dərəcədə doğru qərardır? Qərar əmək miqrantlarına necə təsir edə bilər? Ümumiyyətlə, son 2-3 ayda Rusiyada miqrantlara qarşı qanunların sərtləçdirildiyi müşahidə olunur. Bundan əvvəl miqrantların taksi, qida və pərakəndə satış sektorlarında fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı qanun qəbul ediləcəyi bildirilmişdi. Rusiyada miqrantların bu qədər sıxışdırılmasında məqsəd nədir?

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov mövzu ilə bağlı TV Musavat-a danışıb.

Hazırladığımız videomaterialı təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

05.09.2024 19:10
873