Azərbaycanlı miqrantlar Sankt-Peterburqda bıçaqlaşıblar

Sankt-Peterburqda miqrantlar anbar yaxınlığında dava salıblar və bıçaqlaşıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə yanvarın 10-da Moskovskoye şossesində yerləşən anbarın yaxınlığında baş verib. Burada Azərbaycan vətəndaşı olan “Wildberries”in əməkdaşı tanışı və həmyerlisi tərəfindən hücuma məruz qalıb. Dalaşanların adı çəkilmir.

Kişilər arasında dava düşüb, nəticədə bazar işçisi döş qəfəsindən bıçaq xəsarəti alıb. O, Canelidze adına Elmi-Tədqiqat İnstitutunun xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, hücum edən şəxs də tibbi yardıma müraciət edib, lakin xəstəxanaya yerləşdirilməsini tələb etməyib. O, Fontanka çayının sahilindəki mənzilində saxlanılıb. Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

Musavat.com

12.01.2024 15:05
769