İki gün öncə Moskvada, Krasnodarskaya küçəsindəki evin həyətində bıçaqlanaraq öldürülən bayker Kirill Kovalyov müxtəlif kino istehsallarında döyüş səhnələrində iştirak edib.
Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, Kirill 2010-2020-ci illərin arasında kino çəkilişlərilə maraqlanıb, eyni zamanda, o, airsoftda fəal iştirak edib. Bayker müxtəlif filmlərdə hüquq-mühafizə orqanlarının döyüş səhnələrində iştirak edən bəzi gənc əməkdaşları ilə görüşüb. Bu gənclər çəkiliş meydançasına öz avadanlıqları ilə gəlir, çəkilişlərdə iştirak edir, buna görə qonorar alırlar. Kirill məşhur "İz" serialındakı səhnələrdən birində rol alıb.
Ancaq son bir ildə Kovalyov çəkiliş və airsoft ilə maraqlanmağı dayandırıb. O, bir dostunun şirkətində sistem administratoru kimi işə düzəlib və həm işindən, həm də maaşından kifayət qədər razı imiş.
Qeyd edək ki, iki gün öncə Kirill qanunsuz parklama ilə bağlı dediklərinə cavab olaraq 21 yaşlı azərbaycanlı tərəfindən bıçaqlanıb. Şübhəlinin axtarışları davam edir. İstintaq Komitəsinin Moskva üzrə baş istintaq idarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanovanın sözlərinə görə, araşdırma zamanı xarici müşahidə kameralarının videoyazıları götürülüb və araşdırılıb.
Musavat.com