Azərbaycanlı məşhurun həyat yoldaşı zəhərləndi - FOTO

Tanınmış repçi "Qurd"un (Fərid Eminov) həyat yoldaşı Leyla Eminova dönərdən zəhərlənib.

O bu barədə sosial şəbəkə hesabında bildirib.

Leyla qeyd edib ki, dönəri yedikdən sonra temperaturu 35 dərəcəyə düşüb və özünü narahat hiss etməyə başlayıb:

"İndi bir az daha yaxşıyam. Sistem, dərman etdim, düzəldi. Son zamanlar çoz az yemək yeyirəm. Bu da məni zəiflədib. Dünən iş vaxtı ac olduğum üçün dönər yedim. Hava da soyuq idi. Evə gələndə temperaturum 35 dərəcəyə düşmüşdü. Dönər mənə zəhərlənmə vermişdi (dönər bilinən yerdən idi, adını çəkmək istəmirəm)".

Xatırladaq ki, Leyla Eminova repçi "Qurd"la 2021-ci ilin noyabrında ailə həyatı qurub. Cütlüyün bir qız övladı var./BAKU.WS

 

17.02.2024 18:47
1282