Azərbaycanlı məşhur müğənninin ərinə Türkiyədə yüksək vəzifə verildi - FOTO

Müğənni Yeganə Mürsəlovanın Türkiyə vətəndaşı olan həyat yoldaşına qardaş ölkədə yüksək vəzifə verilib.

Musavat.com titul.az-a istinadən xəbər verir ki, məşhur müğənninin həyat yoldaşı Fatih Akbudak İstanbulda Şişli bələdiyəsinin sədri təyin edilib. 

Yeganə bu faktı sayta təsdiq edib. O bildirib ki, həyat yoldaşı buna kimi də Türkiyədə 8 ildir ki, dövlət məmuru olub. 

08.01.2025 11:39
1231