Türkiyənin "Kim milyoner olmak ister" yarışmasında Azərbaycanla bağlı suala yer verilib.
Musavat.com olay-a istinadən xəbər verir ki, azərbaycanlı iştirakçı Zeynəb Mahmudovaya Şövkət Ələkbərovanın səsləndirdiyi "Füzuli Kantatası" ilə bağlı sual ünvanlanıb.
30 min lirə (təxminən 2 min manat) dəyərində olan sualda əsərin adı soruşulub.
İştirakçı sualı cavablandırmaq üçün "50/50" kömək haqqından istifadə edib.