Azərbaycanlı iş adamı Rusiyada öldü

Rusiyada yaşayan azərbaycanlı iş adamı, 1957-ci il təvəllüdlü Rahim Rüstəm oğlu Cəfərov dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə Axar.az-a mərhumun yaxın qohumu məlumat verib.

Bildirilib ki, onun hansı səbəbdən öldüyü məlum deyil:

"Mərhumun nəşi ölkəmizə gətirilməyib, Rusiyada dəfn olunub".

Qeyd edək ki, R.Cəfərov Cəlilabaddandır.

O, uzun illər Rusiyada yaşayıb. Mərhum bir neçə restoranın və ticarət mərkəzinin sahibi idi.

19.02.2024 18:10
1450