Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ ALIB - VİDEO/FOTO

Aparıcı Xəyalə Hüseynlinin başına iş gəlib.

Milli.Az xəbər verir ki, onun at minmək həvəsi aparıcıya baha başa gəlib

Belə ki, "Atçılıq mərkəzi"nə üz tutan Xəyalə atın üzərindən yıxılıb. Bu qənaətə səbəb isə onun sosial media hesabında at üzərində paylaşımları olub.

Səhhəti ilə bağlı məlumatı izləyiciləri bölüşən teleaparıcı paylaşımına "Bu gün də ölmədimsə, bir də çətin..." deyə, şərh yazıb.

Onun başından və qolundan xəsarət aldığı görülüb.

Qeyd edək ki, Xəyalə Hüseynli hazırdan "ASAN TV"də aparıcılıq fəaliyyətinə davam edir. Bundan öncə isə o "İctimai Tv"-də "Formula İ" verilişinin aparıcısı olub. 

Məlumat üçün bildirək ki, Xəyalə həmçinin, tanınmış aktrisa-aparıcı və influenser Turanə Hüseynlinin bacısıdır.

18.10.2024 14:13
1114