"Azərbaycanla Türkiyə arasında yeni iş birliyinin yaradılması üçün addımlar atılır".
Musavat.com bildirir ki, bu sözləri Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya forumu"nda çıxışı zamanı deyib.
“Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi 2023-cü ilin iyun ayından fəaliyyətə başlayıb. Bu müddətdə Türkiyədə 60-dan artıq görüşdə iştirak etmişik. Türkiyəli iş adamlarına mövcud imkanlar və investisiya perspektivləri haqda məlumat verərək onları ölkəmizə dəvət etmişik. Bu səfərlərin nəticəsi olaraq layihələr üzrə biznes planlar hazırlanır, yeni iş birliyinin yaradılması üçün addımlar atılır".
Xalidə Gəray,
Fotolar müəllifindir
Musavat.com