Azərbaycanla İsrail arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi müzakirə edilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov tviterdə məlumat yayıb.
Belə ki, Muxtar Məmmədov Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla görüşüb.
Görüşdə ikitərəfli əlaqələr müzakirə olunub və əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.