Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı

Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində əhəmiyyətli addım atılıb.

Musavat.com xəbər verir ki, bu gün Tehranda keçirilən Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasının yekununda protokol imzalanıb. İclasda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq iştirak edib.

Sənəddə nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üzrə bir sıra mühüm razılaşmalar yer alıb. Həmçinin ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin tezliklə imzalanması barədə razılıq əldə edilib.

 

Musavat.com

22.01.2025 21:37
880