Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 1-4-də ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində danışıqlar aparılıb.
Bu barədə Musavat.com-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.