"Azərbaycanla atəşkəs razılaşdırıldı" - Ermənistan Təhlükəsizlik Şurasının katibi

Azərbaycanla atəşkəs razılaşması əldə olunub.

Konkret.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasının efirində bildirib.

O deyib ki, beynəlxalq ictimaiyyətin iştirakı sayəsində atəşkəs əldə olunub.

“Təbii ki, razılaşma var, olmasaydı, atəşkəs mümkün olmazdı. Ümid edək ki, qarşı tərəf atəşkəsə əməl edəcək”, – Qriqoryan deyib.

15.09.2022 10:51
2592