Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov feysbuk hesabında sosial media izləyicilərinə müraciət edib.

Opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib.

Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib.

"Əziz dostlar, diqqət, saxta hesab! Bu yaxınlarda mənim adımdan kimlərəsə mesaj göndərildiyi ilə bağlı məlumat aldım. Bu hesabdan dost dəvəti və ya mesajı alsanız, onu dərhal bloklayın" deyə, o, vurğulayıb.

Qeyd edək ki, Eyvazov həmçinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktorudur. (Axşam.az)

22.01.2024 20:25
840