Azərbaycanın tanınmış uşaq cərrahı vəfat etdi - FOTO

Azərbaycanın əməkdar həkimi, uşaq cərrahı, tibb elmləri doktoru, professor Rauf Quliyev vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, o, 71 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, R.Quliyev 1953-cü il tarixdə anadan olub. Mərhum həkim Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri vəzifəsində çalışırdı.

04.09.2024 09:11
986