Azərbaycanın səfiri Qaqauziyaya səfər etdi - Fotolar

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Qaqauziya muxtariyyətinə səfər edib.

Musavat.com xəbər verir ki, səfir bununla bağlı bildirib:

"Bu gün Qaqauziyaya səfər etdim, Ağsaqqallar Şurasının rəhbərliyi ilə görüşdüm. Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş məktəbdə tədris prosesi ilə tanış oldum. Şadam ki, tədris prosesi artıq rahat şəkildə aparılır".

Musavat.com

25.02.2023 20:18
609