2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 591,254 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 22,3 faiz azdır.
Musavat.com Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, yanvar-fevral aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 20,8 faiz azalaraq 155,131 milyon dollar, Rusiyadan mal idxalı isə 436,122 milyon dollar (azalma 22,9 faiz) təşkil edib.
Komitənin məlumatına görə, Rusiya iki ayın yekunlarına əsasən Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Bu dövrdə Rusiya ilə ticarət əməliyyatları ölkənin xarici ticarət dövriyyəsinin 8,18 faizini təşkil edib.
2023-cü ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 17,5 faiz artaraq 4 milyard 358 milyon dollara çatıb. Ötən il Rusiya ilə ticarət əməliyyatlarının xüsusi çəkisi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 8,52 faiz təşkil edib.
Musavat.com