Azərbaycanın "Qardaş köməyi" platformasının təmsilçiləri hazırda Kahramanmaraşdadırlar. Onlar vəziyyətlə yerində tanış olurlar, o cümlədən ölkəmizdən gedən humanitar yardımın bölüşdürülməsi, çadırların qurulması və başqa məsələlərdə öz dəstəklərini verirlər.
Bu barədə Musavat.com-a "Qardaş köməyi" platformasının rəhbərlərindən biri, iş adamı Xəqani İbrahimov məlumat verib.
Musavat.com eksklüziv olaraq saytımız üçün çəkilmiş videogörüntüləri təqdim edir.
Qeyd edək ki, heyət Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə də görüşüb.