Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır - RƏSMİ

“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”.

Musavat.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır:

“Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin fəaliyyətinin nə zaman bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.

Musavat.com

27.01.2023 14:40
3906