Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə APA-ya mərhumun qızı Aygün Abdullayeva məlumat verib.
Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.