Azərbaycan Dövlət Televiziyasında aparıcı Elnar Məmmədlinin təqdimatında canlı yayımlanan "Əsas məsələ" verilişində "COP29 və Azərbaycanın dünyada artan nüfuzu, Qərbin regionda sülhü pozmaq cəhdləri: Fransanın qərəzi" mövzusu müzakirə edilib.
Musavat.com xəbər verir ki, verilişin qonaqları "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu və siyasi şərhçi Elçin Mirzəbəyli olub.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov, beynəlxalq münasibətlər üzrə ekspert Şuay Nilhan Açıkalın və Fransanın neomüstəmləkə siyasətindən əziyyət çəkən bölgələrdən ekspertlər isə canlı bağlantıda olublar.
Musavat.com həmin verilişi təqdim edir: