Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO

Azərbaycan Ordusunun Günnütü azadetmə əməliyyatı tarixə yazılıb. Belə ki, ordumuz heç bir itki vermədən 11 min hektar ərazini Ermənistanın işğalından azad etməyə müvəffəq olub.

Musavat.com xəbər verir ki, bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar” silsiləsindən “Bizim, torpaq” sənədli filmində bəhs olunub.

Qeyd edək ki, Günnüt istiqamətində yerləşən hakim yüksəkliklər düşmənin qısa müddət ərzində hücuma keçməsinin qarşısını almaq üçün əhəmiyyətli olub. Eyni zamanda Qarabağ istiqamətində görünən yollarının nəzarətdə saxlanılmasına imkan verirdi.

28.09.2022 09:55
2768