Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəni davam etdirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) "BE-200ÇS" amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

"Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Aliağa istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunaraq yanğınsöndürmə işlərini həyata keçirib", - məlumatda qeyd olunub.

09.10.2024 14:43
194