Türkiyədə Miss Universe" gözəllik müsabiqəsi keçirilib.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın təşəbbüsü ilə Azərbaycanı tədbirdə model və televiziya aparıcısı Dəniz Mirəliyeva təmsil edib.
2 gün davam edən məşqlərdən sonra 30 ölkənin iştirakçısı podiuma müxtəlif ölkənin geyimlərində çıxıb. Sonuncu gün isə hər bir iştirakçı ölkəsinin milli geyimlərində təmsil olunub. Azərbaycanlı iştirakçı podiuma Fəxriyyə Xələfovanın kolleksiyasına məxsus olan Azərbaycanın milli geyimində çıxıb. Onun özü qədər geyimi də bəyənilib və alqışlarla qarşılanıb.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətində F.Xələfova da yer alıb.