Bu ilin altı ayında Azərbaycandan xaricə 259.6 milyon ABŞ dolları, xaricdən Azərbaycana isə 567.8 milyon ABŞ dolları köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, uyğun olaraq, 1.9 faiz və 36.3 faiz azdır.
Bu barədə sentyabrın 12-də Mərkəzi Bankda keçirilən brifinqdə məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə Azərbaycana ən çox pul baratı Rusiyadan (287 milyon), Türkiyədən (82.3 milyon), ABŞ-dən (30.5 milyon), Gürcüstan (17.4 milyon) və Birləşmiş Krallıqdan (16.1 milyon) daxil olub.
Altı ayda ölkədən xaricə köçürülən pul baratlarının həcminə görə isə birinci yerdə Türkiyə (76.6 milyon), sonra isə Rusiya (29.4 milyon), ABŞ (28.3 milyon), Gürcüstan (25.1 milyon) və Birləşmiş Krallıq (13.6 milyon) qərarlaşıb.//Azadlıq Radiosu