Azərbaycanda zəlzələ oldu

İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Musavat.com-a verilən məlumata görə, yeraltı təkanlar saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb.

Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub və hiss olunmayıb.

28.07.2022 09:05
570