Azərbaycanda yeniyetmə qız QAÇIRILDI - Polis hərəkətə keçdi

Hacıqabulda yeniyetmə qız qaçırılıb.

APA-nın məlumatına görə, hadisə rayonun Meyniman kəndində baş verib.

14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, bununla bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır.

Əlavə məlumat veriləcək.

20.06.2024 17:20
954