Azərbaycanda yeni toxum sortları sınaqdan keçirilir - FOTO

"Kənd təsərrüfatı sektoru inkişaf etdikcə problemlər də artır. İqlim dəyişikliyi ilə əlaqədar dünyada su ehtiyatları tükənir. Bu Azərbaycana da təsirsiz ötüşmür. Bu halda şəraitə davamlı sortların seçilməsi çox önəmlidir. Bu məsələ ilə bağlı ciddi araşdırma aparırıq".

Musavat.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda təşkil edilən Aqrar İnnovasiya Festivalı zamanı jurnalistlərə açıqlamasında Taxılçılar Assosiasiyasının İdarə heyətinin sədri Niyazi Əmirbəyov deyib.

Qurum rəsmisi qeyd edib ki, bilavasitə elmi tədqiqat institutları, xarici mütəxəssislərlə bərabər sahələrdə yeni toxum sortlarının sınaqları keçirilir:

"İldən-ilə quraqlığa daha davamlı sortlar yetişdirilir. Keyfiyyətli toxum istifadə etmək nəticə əldə etməyin birinci mərhələsidir. Sonradan düzgün aqro-texniki qulluğun təşkil olunması nəticəyə ciddi təsir edir. 

Nigar HƏSƏNLİ,
Musavat.com

14.09.2023 15:30
462