Azərbaycanda yeni təşkilat yaradıldı - FOTO

Bu gün Azərbaycanda “Müstəqil Həmkarlar” İctimai Birliyinin ictimaiyyətə təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, “Müstəqil Həmkarlar” İB İdarə Heyətinin üzvləri, deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Xəzər Teyyublu, tanınmış ictimai fəal Əhməd Rəhmanov və prezidentliyə keçmiş namizəd Fuad Əliyev yeni yaradılan ictimai təşkilatın məqsədlərini açıqlayıblar.

Əsas məqsəd sosial hüquqları pozulmuş vətəndaşların yanında yer almaq, onların problemlərinin hüquqi müstəvidə həllinə nail olmaq və müxtəlif problemlərin həllində vətəndaşlara ictimai dəstək göstərməkdir. Sonda İctimai Birliyin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablandırıblar.

Musavat.com

07.04.2023 13:33
2349