Azərbaycanda vəzifəli şəxslərə qarşı ƏMƏLİYYAT: Həbs edilənlər var

İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, ötən gün keçirilən əməliyyat zamanı saxlanılanlar olub.

Qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında bələdiyyə sədri və digər şəxslər var.

Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

04.09.2024 10:43
6642