Azərbaycanda universitet kitabxanasında yanğın olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kitabxanasında baş vermiş yanğın söndürülüb.

Musavat.com-un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, başvermə səbəbləri araşdırılır.

13.09.2022 13:52
979