Azərbaycanda tükürpədən hadisə: Sevgilisindən ayrılan qız özünü evin girişindən asdı

Xudatda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

"ShimalNews"un əldə etdiyi məlumata görə, gənc qız sevgilisindən ayrıldığı üçün bu addımı atıb.

***

Xudat şəhərində mənzillərin birindən meyit tapılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, asılmış halda meyiti aşkarlanan şəxsin 2002-ci il təvəllüdlü Qusar rayon sakini Həlimə Həsənova olduğu müəyyənləşib. Onun həmin mənzildə kirayədə yaşadığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

30.08.2024 21:45
1306